Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 02.21.2026 | 10:41 | Baxılıb: 1140
Bu gün Misli Premyer Liqasının XXI turunda daha bir oyun keçiriləcək.

“gece.ws” xəbər verir ki, günün yeganə matçında “Araz-Naxçıvan” “Karvan-Yevlax”ın qonağı olacaq.

Baş hakim İnqilab Məmmədovun idarəçiliyi ilə baş tutacaq matç saat 14:30-da start götürəcək.

Qeyd edək ki, tərəflər arasında ilk dövrədə keçirilən görüşdə “Araz-Naxçıvan” 2:1 hesabı ilə qalib gəlib.

Turnir cədvəlində “Araz-Naxçıvan” 30 xalla altıncıdır. Sonuncu olan “Karvan-Yevlax” isə 6 xalla on ikinci pillədə yer alıb.

Misli Premyer Liqası

II dövrə, XXI tur

21 fevral

14:30. “Karvan-Yevlax” – “Araz-Naxçıvan”

Yevlax şəhər stadionu

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.