Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 06.22.2026 | 13:42 | Baxılıb: 755
“Araz-Naxçıvan” Rəşad Həsənovu transfer edib.

“gece.ws” xəbər verir ki, bu barədə klub paylaşımında bildirilib.

Mərkəz müdafiəçisi yeni mövsümdə Naxçıvan təmsilçisinin formasını geyinəcək. Onunla imzalanan müqavilənin müddəti 1 illikdir.

“Keşlə”, “Şamaxı” və “Zirə-2” klublarında çıxış edən 23 yaşlı futbolçu son mövsümü I Liqada mübarizə aparan “Cəbrayıl”ın heyətində keçirib. O, müxtəlif illərdə Azərbaycanın U-16, U-17, U-19 və U-21 millilərinə də dəvət alıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.