Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 04.06.2026 | 19:33 | Baxılıb: 1197
Şimali Karolinadakı “Charlotte Douglas” Beynəlxalq Hava Limanından yola düşməyə hazırlaşan “American Airlines” reysi mühərrikə yerləşmiş arı sürüsü səbəbindən gecikib.

“gece.ws” xəbər verir ki, bu haqda “UPI” məlumat yayıb.

Arılar uçuşa az qalmış təyyarənin turbinində məskunlaşaraq uçuşu müvəqqəti olaraq təxirə salmağa məcbur ediblər. Sərnişinlərdən biri həşəratları təhlükəsiz şəkildə çıxarmaq üçün gələn arıçılar və aviaşirkətin əməkdaşlarını lentə alıb.

Kadrlarda mütəxəssislərin arıları xüsusi qaba yerləşdirdiyi görünür. Həşəratlar tamamilə çıxarıldıqdan sonra təyyarə təxminən bir saat gecikməklə San-Fransiskoya yola düşüb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.