Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 05.30.2026 | 19:15 | Baxılıb: 2284
“Liverpul” rəhbərliyi baş məşqçi Arne Slotun vəzifəsindən ayrılması barədə rəsmi bəyanat yayıb.

“gece.ws” xəbər verir ki, klubun sosial şəbəkə hesablarında paylaşılan bəyanatda rəhbərliyin niderlandlı mütəxəssisə dərin hörmət və minnətdarlığı ifadə olunub.

Bəyanatda Mersisayd təmsilçisi A. Slotun kluba qazandırdığı uğurları, həmçinin iki il ərzində komandanın baş məşqçisi kimi nümayiş etdirdiyi liderlik keyfiyyətlərini yüksək qiymətləndirdiyini vurğulayıb.

Qeyd edək ki, 2024-cü ildə kluba gələrək ilk mövsümündə komandanı çempion edən A. Slotun ikinci ili olduqca gərgin keçib. Bu il “Liverpul” mövsümü 5-ci pillədə başa vuraraq Çempionlar Liqasına vəsiqəni çətinliklə təmin edib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.