
“gece.ws” xəbər verir ki, London təmsilçisi rəqibinin xal itirməsindən sonra sona bir tur qalmış 22 illik çempionluq həsrətinə son qoyub.
Xatırladaq ki, “topçular” sonuncu dəfə bu titula 2003/2004-cü illər mövsümündə, əfsanəvi baş məşqçi Arsen Vengerin rəhbərliyi altında rəqiblərinə məğlub olmadan (“yenilməzlər” mövsümü) sahib çıxmışdılar.
Onu da qeyd edək ki, bu uğurla Mikel Artetanın yetirmələri klub tarihində 14-cü Premyer Liqa çempionluğunu rəsmiləşdiriblər.
Məlumat üçün qeyd edək ki, London təmsilçisi mayın 30-da UEFA Çempionlar Liqasının final mərhələsində Fransa kollektivi PSJ ilə qarşılaşacaq.