Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 04.16.2026 | 01:15 | Baxılıb: 1831
UEFA Çempionlar Liqasının 1/4 final mərhələsinin cavab oyununda “Arsenal” doğma meydanda Portuqaliyanın “Sportinq” klubunu qəbul edib.

“gece.ws” xəbər verir ki, Londonda keçirilən gərgin qarşılaşmada tərəflər qapılara yol tapa bilməyiblər.

Matçın 0:0 hesablı bərabərliklə başa çatmasına baxmayaraq, yarımfinala vəsiqə qazanan tərəf “topçular” olub. Belə ki, Lissabonda baş tutan ilk oyunda “Arsenal”ın vurduğu yeganə qol (1:0) London klubuna iki oyunun nəticəsinə görə üstünlük qazandırıb.

Bununla da turnirin ən iddialı komandalarından olan “Arsenal” adını yarımfinala yazdırıb. London təmsilçisinin bu mərhələdəki rəqibi isə İspaniyanın “Atletiko Madrid” klubu olacaq.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.