Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 06.30.2026 | 08:14 | Baxılıb: 2261
ABŞ Prezidenti Donald Tramp Ağ Evə əlavə olunan yeni hədiyyəni paylaşıb.

“gece.ws” xəbər verir ki, o bu barədə “Truth Social” hesabında açıqlama yayıb.

“250 illik yubiley münasibətilə Ağ Evə qızıl hədiyyə!” - sözlərini yazıb.

Paylaşımda Ağ Evin fasadında qızılı rəngdə ABŞ-nin milli simvolu olan qartal emblemi əks olunub.

Tramp paylaşımında hədiyyənin kimə məxsus olduğu haqda əlavə məlumat verməyib.

Qeyd edək ki, ABŞ-nin 250 illik yubileyi iyulun 4-də qeyd olunacaq.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.