Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 06.18.2026 | 13:01 | Baxılıb: 5776
Goranboyda həyat yoldaşı İ.Talıbovanın qətlində ittiham edilən 39 yaşlı M.Əliyevin (soyadlar şərtidir) məhkəməsi başa çatıb.

“gece.ws” xəbər verir ki, Gəncə Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Araşdırmalarla müəyyən edilib ki, M.Əliyev həyat yoldaşını qısqanclıq zəminində qətlə yetirib.

Belə ki, kişi arvadını digər şəxslərə, eyni zamanda öz xalası oğluna qısqanıb. Bu səbəbdən ailədə münasibətlər kəskinləşib, nəticədə M.Əliyev xanımını bıçaqlayaraq qətlə yetirib.

Mərhumun atası məhkəməyə sənəd təqdim edərək M.Əliyevdən şikayətçi olmadığını bildirib.

Məhkəmənin hökmü ilə M.Əliyevə 9 il həbs cəzası verilib.

Aslan Vəliyev

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.