Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 10.30.2025 | 19:28 | Baxılıb: 8488
Həyat yoldaşının saçını qırxıb ona əzab verməkdə ittiham olunan Tamerlan Məmmədov həbs edilib.

“gece.ws"in əldə etdiyi məlumata görə, Nərimanov Rayon Məhkəməsinin qərarı ilə onun barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, iki gün əvvəl gecə saatlarında bir qadının həyat yoldaşı tərəfindən döyülməsi ilə bağlı polisə məlumat daxil olub. Videoda kişinin həyat yoldaşının saçını keçəl etməklə ona əzab verdiyi əks olunub. Həmin kadrlar əməli törədən şəxs tərəfindən sosial şəbəkədə paylaşılıb.

T.Məmmədov polis tərəfindən saxlanılaraq əzab vermə maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.