Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 08.14.2026 | 14:45 | Baxılıb: 4147
Ermənistanlı ictimai-siyasi xadim Sarkis Asatryan 8 avqust 2025-ci ildə keçirilmiş tarixi Vaşinqton Sammitinin birinci ildönümü münasibətilə Azərbaycan və Ermənistan xalqlarını təbrik edib.

“gece.ws” xəbər verir ki, o, sosial şəbəkə hesabında Zəngəzur dəhlizinin keçəcəyi ərazidən paylaşım edib. 

“08.08.25-ci il tarixində Ermənistan və Azərbaycan liderləri, Nikol Paşinyan və İlham Əliyev ABŞ Prezidenti Donald Trampın şahidliyi ilə Vaşinqtonda keçirilən görüşün yekunlarına dair Birgə Bəyannaməni imzaladılar”, - Sarkis Asatryan “Sünik qapıları” adlanan ərazidə çəkilmiş videoya əlavə edib. 

O, əldə edilmiş sülhün əleyhinə çıxış edən qüvvələri sülhün dəyərini anlamamaqda və üçüncü ölkələrin maraqlarına xidmət etməkdə ittiham edib.  

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.