Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 04.04.2026 | 12:43 | Baxılıb: 1093
ASİNF-ın idmançıları Sloveniyada keçirilən “Sailing Point Easter Regatta 2026” beynəlxalq yelkən yarışında mübarizəni davam etdirir.

“gece.ws” xəbər verir ki, Azərbaycan Su İdman Növləri Federasiyasının idmançılarının da mübarizə apardığı reqatanın 2-ci günü Portoroj akvatoriyasında əlverişli hava şəraiti və yüksək rəqabətlə yadda qalıb.

Sabit dəniz küləyi iştirakçılara 3 yarış keçirmək imkanı verib. Bununla da ümumi yarış sayı 6-ya çatıb və turnir cədvəlində liderlər qrupu formalaşmağa başlayıb.

“Sailing Point Easter Regatta 2026”nın 3-cü günündə də maraqlı və gərgin mübarizənin davam edəcəyi gözlənilir.



Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.