Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 06.02.2026 | 12:37 | Baxılıb: 664
Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Su İdman Növləri Federasiyasının birgə təşkilatçılığı əsasında 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı “Dədə Qorqud” parkında tədbir keçirilib.

“gece.ws” xəbər verir ki, ənənəvi ictimai tədbirdə paytaxt sakinlərinə su idman növləri haqda məlumat verilib. Həmçinin peşəkar məşqçilərin nəzarəti ilə “Dədə Qorqud” parkındakı göldə uşaq və yeniyetmələr üçün  həvəskar qayıqlarda özünü sınamaq imkanı yaradılıb.

Tədbir zamanı avarçəkmə qayıqlarında idmançıların nümunəvi çıxışları da baş tutub. Paytaxt sakinləri tərəfindən avarçəkmə idmanı böyük maraqla qarşılanıb.

Qeyd edək ki, Azərbaycan Su İdman Növləri Federasiyası (ASİNF) uşaq və yeniyetmələrin su idman növlərinə cəlb edilməsi yönündə mütəmadi təbliğat və təşviqat işləri həyata keçirir.







Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.