Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 04.10.2026 | 01:41 | Baxılıb: 1610
Avropa Liqasında 1/4 final mərhələsinin ilk oyunları yekunlaşıb.

“gece.ws” xəbər verir ki, həftənin əsas oyunları cümə axşamı baş tutsa da, 1/4 finalın pərdəsi çərşənbə günü keçirilən “Braqa” – “Real Betis” (1:1) qarşılaşması ilə açılıb.

Baş tutan digər qarşılaşmalarda “Aston Villa” səfərdə “Bolonya”nı 3:1 hesabı ilə məğlub edərək yarımfinal yolunda böyük üstünlük əldə edib. Almaniyanın “Frayburq” klubu isə doğma meydanda “Selta Viqo”nu darmadağın edərək (3:0) cavab oyunu öncəsi işini asanlaşdırıb. Portuqaliyada keçirilən “Portu” – “Nottingem Forest” matçında isə tərəflər hərəyə bir qolla heç-heçəyə (1:1) razılaşıblar.

Qeyd edək ki, Avropa Liqasında 1/4 finalın cavab qarşılaşmaları aprelin 16-da keçiriləcək və yarımfinalçılar bəlli olacaq.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.