Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 06.02.2026 | 16:39 | Baxılıb: 2906
Tunis millisinin üzvü Louey Ben-Farhatın atası oğluna dünya çempionatına getməyə icazə verməyib.

“gece.ws” xəbər verir ki, bunu yığmanın baş məşqçisi Sabri Lyamuşi açıqlayıb. 

O bildirib ki, Almaniyanın “Karlsrue” klubunda çıxış edən 19 yaşlı oyunçunu heyətə dəvət etmək istəyib. Amma atası oğlunun mundialda pis çıxışının gələcək karyerasına təsir edəcəyini düşünərək ABŞ-yə yollanmasına icazə verməyib. 

Daha sonra Tunis Futbol Federasiyasının rəsmiləri həm futbolçu, həm də atası ilə əlaqə saxlamağa çalışıb. Amma onlar rəsmilərin zənglərinə cavab verməyiblər. 

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.