Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 05.19.2026 | 16:28 | Baxılıb: 2768
İspaniyanın “Mango” moda şəbəkəsinin vəfat edən qurucusu İsak Andikin oğlu Conatan Andik barəsində yeni qərar verilib.

“gece.ws” “Euronews”a istinadən xəbər verir ki, atasının qətlində şübhəli bilinən Conatan barəsində həbs qətimkan tədbiri seçilib.

Bildirilib ki, o, atasının ölümü ilə əlaqəsinin olmadığını israr edir.

Qeyd edək ki, İspaniyanın ən varlı adamlarından olan İsak Andik 2024-cü ilin dekabrında Barselonanın Kolbato şəhərindəki Salnitre mağaralarında oğlu Conatanla gəzərkən uçurumdan yıxılıb.

Ötən ilin oktyabr ayında biznesmenin oğlu atasının ölümü ilə bağlı şübhəli şəxs qismində cəlb edilmişdi.

Türkəsilli iş adamı İsak Andik 1984-cü ildə qardaşı Nahmanın köməyi ilə Barselonada “Mango”nu qurub. O, 40 il “Mango"in direktoru olub. “Mango"in dünya üzrə təxminən 2900 satış məntəqəsi var.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.