
“gece.ws” TMZ nəşrinə istinadən xəbər verir ki, 24 yaşlı Meddoks hüquqi sənədlər təqdim edərək soyadının “Meddoks Çivan-Coli” olaraq dəyişdirilməsini istəyib.
Qeyd edək ki, Meddoks daha əvvəl anası Colinin “Couture” filmində də “Meddoks Coli” kimi təqdim olunmuşdu.
Məlumata görə, Coli-Pitt ailəsinin digər övladları Zahara, Şaylo və Vivyen də son illərdə “Pitt” soyadından istifadə etməyə başlayıblar.
Qeyd edək ki, Bred Pitt və Ancelina Coli 2016-cı ildə ayrılıb, boşanma prosesi isə 2024-cü ildə yekunlaşıb.



