Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 03.15.2026 | 17:20 | Baxılıb: 2416
Roma Papası XIV Leo çağırış edib.

“gece.ws” xəbər verir ki, o, Yaxın Şərqdə atəşi dayandırmağa, dialoqu bərpa etməyə çağırıb.

XIV Leo Yaxın Şərq xalqlarının iki həftədir müharibənin dəhşətli zorakılığından əziyyət çəkdiyini, minlərlə günahsız insanın həlak olduğunu, çoxlu sayda insanın evlərini tərk etməyə məcbur qaldığını deyib.

Papa Livandakı vəziyyətin də ciddi narahatlıq doğurduğunu vurğulayıb.

“Atəşi dayandırın! Qoy dialoq yenidən başlasın! “Zorakılıq heç vaxt insanların gözlədiyi ədalətə, sabitliyə və sülhə gətirib çıxarmayacaq”, - deyə o əlavə edib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.