Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 04.16.2026 | 03:36 | Baxılıb: 3030
İranın Ali Liderinin yeni təyin olunmuş hərbi müşaviri atəşkəsin uzadılmasına qarşı çıxıb.

“gece.ws” xəbər verir ki, bu barədə İran dövlət mediası məlumat yayıb.

Bildirilib ki, İranın Ali Liderinin yeni təyin olunmuş hərbi müşaviri Möhsün Rzayi atəşkəsin uzadılmasını dəstəkləmədiyini bildirib:

“Biz müvafiq rəsmilərin qərarlarına tabeyik, amma şəxsən mən atəşkəsin uzadılmasına razı deyiləm”.

O, həmçinin ABŞ ilə aparılan danışıqlara münasibət bildirərək, rəsmiləri iqtisadi məsələlər üzrə müzakirələrdə daha ehtiyatlı olmağa çağırıb.

Rzayi vurğulayıb ki, gələcək mərhələlərdə danışıqların ilkin şərtlərini ABŞ deyil, İran müəyyən etməlidir:

“Davamlı müharibədən qorxan amerikalılardan fərqli olaraq, biz tam hazırıq və uzunmüddətli müharibə ilə tanışıq”.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.