
“gece.ws” xəbər verir ki, bunu Azərbaycanın XİN rəhbəri Ceyhun Bayramov İsveçrənin federal xarici işlər naziri, ATƏT-in fəaliyyətdə olan sədri İqnasio Kassislə birgə mətbuat konfransında deyib.
Onun sözlərinə görə, hazırda Azərbaycanda 110 İsveçrə şirkəti qeydiyyatdan keçib, onlardan 87-si fəal işlək vəziyyətdədir. Həmin şirkətlər sənaye, tikinti, kənd təsərrüfatı, nəqliyyat, ticarət kimi müxtəlif sahələrdə fəaliyyət göstərir.
C.Bayramov həmçinin qeyd edib ki, hazırda ATƏT məkanında çox qeyri-sabit, təlatümlü mühit hökm sürür: “Belə olan təqdirdə həm ATƏT, həm də üzv ölkələrin çox fəal əməkdaşlığı tələb olunur”.
Günel İbrahimova