Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 12.01.2025 | 12:11 | Baxılıb: 1120
ATƏT Minsk Prosesi və onunla əlaqəli strukturların bağlanması prosesini başa çatdırıb.

“gece.ws” xəbər verir ki, bu barədə məlumatı ATƏT yayıb. 

Qeyd edək ki, bu ilin sentyabrın 1-də ATƏT Nazirlər Şurası Minsk Prosesi və əlaqəli strukturlarının bağlanmasına dair qərar qəbul edib. ATƏT-in Minsk Prosesinin, ATƏT-in Fəaliyyətdə olan Sədrinin Minsk Konfransının məşğul olduğu münaqişə üzrə Şəxsi Nümayəndəsinin və Yüksəksəviyyəli Planlaşdırma Qrupunun fəaliyyətinə 1 sentyabr tarixindən etibarən xitam verilib.

Onu da bildirək ki, bu ilin avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan xarici işlər nazirləri Ceyhun Bayramovla Ararat Mirzoyan ATƏT-in Fəaliyyətdə olan Sədrinə bu məsələ ilə bağlı birgə müraciət ünvanlamışdılar.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.