
“gece.ws” xəbər verir ki, Azərbaycan Su İdman Növləri Federasiyası qitə çempionatında dörd idmançı ilə iştirak edəcək.
Kayak növündə Əlimurad Hacızadə və Amil Ramazanov, kanoe növündə isə Hüseyn Səmədli və Tatyana Smilovenko ölkəmizi təmsil edəcəklər.
Qitənin ən güclü gənc avarçəkənlərinin iştirak edəcəyi yarış idmançıların beynəlxalq arenada təcrübə toplaması və rəqabət qabiliyyətini artırması baxımından mühüm əhəmiyyət kəsb edir.

