Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 07.09.2026 | 13:16 | Baxılıb: 627
10-12 iyul tarixlərində Gürcüstanın Poti şəhərində akademik avarçəkmə və kanoe üzrə beynəlxalq reqata keçiriləcək.

“gece.ws” xəbər verir ki, Azərbaycan Su İdman Növləri Federasiyası turnirdə 12 nəfərlik heyətlə mübarizə aparacaq.

Akademik avarçəkmədə İsmayıl Şirinov, Sabit Abdullayev, Məhəmməd Həsənov, İsabala Dadaşzadə, ölkəmizi təmsil edəcək. Fəxri Sadıqlı, Vaqif Mustafazadə və Rüstəm Əsgərov kanoe qayığında mükafatçılar sırasına düşməyə çalışacaq.

Kayak növündə isə İvan Vorobjanski, Qiyas Əhmədov, Tengiz Qaqnidze, Elmir Tərverdiyev və Mustafa Vəlizadə heyətdə yer alacaq. 

Komandaya məşqçilər Tofiq Bayramov və Fərid Saadov rəhbərlik edəcək.












Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.