“gece.ws” xəbər verir ki, avarçəkənlər turnirin ikinci günündə akademik, kayak və kanoe növlərində 7 dəst medal uğrunda mübarizə aparıblar.
Qaliblər diplom və medallarla mükafatlandırılıblar. Yarışda fərqlənən avarçəkənlər sentyabr və oktyabrda ölkəmizdə keçiriləcək MDB Oyunlarında mübarizə aparacaqlar.
Xatırladaq ki, MDB Oyunlarında avarçəkmə yarışları “Kür” Olimpiya Tədris-İdman Mərkəzində baş tutacaq. Azərbaycan çempionatı həm də MDB oyunlarına hazırlıq və test xarakteri daşıyıb.
Azərbaycan çempionatında ikinci günün texniki nəticələri aşağıdakı kimidir: