Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Avroliqada gecənin nəticələri
 
						Avroliqada gecənin nəticələri
Əlavə olunub: 04.11.2025 | 04:13 | Baxılıb: 3751
UEFA Avropa Liqasında bu gün 1/4 final mərhələsinə start verilib.

“gece.ws” xəbər verir ki, ilk oyunların hamısı eyni gündə keçirilib.

“Mançester Yunayted” səfərdə “Lion”un qonağı olub. Görüş 2:2 hesablı heç-heçə ilə yekunlaşıb.

“Tottenhem” Londonda “Ayntraxt”la bərabərə qalıb.

“Latsio” isə səfərdə “Bodo-Qlimt”lə görüşdə məğlub olub. Ev sahibləri rəqibini 2 cavabsız qolla məğlub edib.

UEFA Avropa Liqası

1/4 final, ilk oyunlar

“Bodo Qlimt” (Norveç) - “Latsio” (İtaliya) - 2:0

“Tottenhem” (İngiltərə) - “Ayntraxt” (Almaniya) - 1:1

“Lion” (Fransa) - “Mançester Yunayted” (İngiltərə) - 2:2

“Reyncers” (Şotlandiya) - “Atletik” (İspaniya) - 0:0

Qeyd edək ki, UEFA Avropa Liqasında 1/4 final mərhələsinin cavab qarşılaşmaları aprelin 17-də keçiriləcək.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.