Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 05.20.2026 | 14:15 | Baxılıb: 1067
Mayın 24-də Gürcüstanın Batumi şəhərində qadın şahmatçılar arasında şəxsi Avropa çempionatına start veriləcək.

“gece.ws” xəbər verir ki, qitə çempionatında Azərbaycan 12 şahmatçı ilə təmsil olunacaq. 

Avropa çempionatında iştirak etmək üçün Ülviyyə Fətəliyeva, Günay Məmmədzadə, Gövhər Beydullayeva, Gülnar Məmmədova, Ayan Allahverdiyeva, Türkan Məmmədyarova, Səbinə İbrahimova, Zeynəb Məmmədyarova, Məryəm Ağaverdiyeva, Mələk İsmayıl, Lalə Hüseynova və Nərmin Abdinova Batumiyə yollanacaq. 

11 turdan ibarət Avropa çempionatı iyunun 6-da yekunlaşacaq. Turnirin ümumi mükafat fondu 60 min avroya bərabərdir.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.