Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Avropa Liqasında yarımfinalçılar bəlli olur
 
						Avropa Liqasında yarımfinalçılar bəlli olur
Əlavə olunub: 04.17.2025 | 07:50 | Baxılıb: 2491
UEFA Avropa Liqasında 1/4 final mərhələsinə yekun vurulacaq.

“gece.ws” xəbər verir ki, bu gün gerçəkləşəcək matçlardan sonra yarımfinalın bütün iştirakçıları müəyyənləşəcək.

“Mançester Yunayted” evdə “Lion”u qəbul edəcək, “Tottenhem” səfərdə “Ayntraxt”ın qonağı olacaq.

“Latsio” evdə “Budyo Qlimt”lə, “Reyncers” isə İspaniyada “Atletik”lə üz-üzə gələcək.

UEFA Avropa Liqası

1/4 final mərhələsi, cavab oyunları

23:00. “Ayntraxt” (Almaniya) - “Tottenhem” (İngiltərə) (ilk oyun - 1:1)

23:00. “Mançester Yunayted” (İngiltərə) - “Lion” (Fransa) (ilk oyun - 2:2)

23:00. “Atletik” (İspaniya) - “Reyncers” (Şotlandiya) (İlk oyun - 0:0)

23:00. “Latsio” (İtaliya) - “Budyo Qlimt” (Norveç) (ilk oyun - 0:2)

Qeyd edək ki, UEFA Avropa Liqasının yarımfinal mərhələsinə mayın 1-də start veriləcək.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.