Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 10.28.2025 | 13:48 | Baxılıb: 4203
Avropa Ravvinləri Konfransının gələn həftə Bakıda keçirilməsi planlaşdırılan toplantısı ləğv edilib.

“gece.ws” xəbər verir ki, bu barədə məlumatı “The Times of Israel” yayıb.

Tədbirin təhlükəsizlik məsələləri ilə bağlı ləğv olunduğu bildirilsə də, məsələ ilə bağlı digər detallar açıqlanmayıb.

Toplantıya Avropa, İsrail, ABŞ və digər ölkələrdən yüzlərlə iştirakçının qatılacağı gözlənilirdi.

Qeyd edək ki, sözügedən tədbir Bakıda noyabrın 4-dən 6-na qədər keçirilməli idi.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.