Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 10.24.2025 | 09:25 | Baxılıb: 1051
Bakıda daha bir yol-nəqliyyat hadisəsi baş verib.

“gece.ws” xəbər verir ki, hadisə oktyabrın 18-i qeydə alınıb.

Belə ki, Murad Bahadur oğlu Rüstəmov idarə etdiyi “İsuzu” markalı 12 saylı sərnişin avtobusu ilə hərəkətdə olan zaman piyada Elçin Qafar oğlu Baxşiyevi vurub.

Ağır xəsarətlər alan şəxs xəstəxanaya yerləşdirilib. O, oktyabrın 22-si müalicə aldığı Sabunçu Tibb Mərkəzində vəfat edib.

Faktla bağlı Xətai Rayon Polis İdarəsinin İstintaq şöbəsində araşdırma aparılır.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.