Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 08.12.2026 | 06:17 | Baxılıb: 1921
İtaliyanın Milan şəhərində yerləşən Milan-Linate hava limanında qeyri-adi qəza olub. 

“gece.ws” xəbər verir ki, yerüstü xidmət şirkətinə məxsus avtomobil uçuş zolağında hərəkətdə olan şəxsi təyyarəyə çırpılıb.

Qəza zamanı yerüstü idarəetmə xidmətinə məxsus nəqliyyat vasitəsi “Hawker Beechcraft 400A” tipli şəxsi təyyarəyə çarpıb. Hadisə təhlükəsizlik kameraları tərəfindən anbaan qeydə alınıb.

Hadisə yerinə təcili yardım və digər operativ xidmətlər cəlb olunub. Qəza nəticəsində ölən və ya yaralanan olmayıb.

Toqquşmadan sonra hava limanında uçuşlar təxminən 30 dəqiqə müddətinə dayandırılıb.





Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.