Yasamal rayonu ərazisində yerləşən avtoyuma məntəqələrinin birində müştəriyə məxsus avtomobildən 4300 manat dəyərində qızıl boyunbağı oğurlanıb.
“gece.ws” xəbər verir ki, Yasamal RPİ-nin 26-cı Polis Şöbəsinin keçirdiyi tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş 30 yaşlı Şəhriyar Dəmirov müəyyən olunaraq saxlanılıb.