Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 05.22.2026 | 03:40 | Baxılıb: 8917
Tanınmış iş adamı Acun Ilıcalının prodüseri olduğu məşhur “Survivor Yunanıstan” yarışmasının 2026-cı il finalı dramatik hadisələrlə yadda qalıb.

“gece.ws” xəbər verir ki, mövsüm ərzində ağır qəza keçirərək ayağı amputasiya olunan iştirakçı Stavros Floros final şurasında çempion elan olunub.

Dominikan Respublikasında çəkilişlər zamanı baş verən qayıq qəzasında Floros ağır xəsarət alıb və nəticədə ayaqlarından biri amputasiya edilib. Hadisə mövsüm boyunca həm yarışma iştirakçıları, həm də tamaşaçılar tərəfindən geniş müzakirə olunub.

Final gecəsində açıqlanan nəticələrə əsasən, prodüser heyətinin “əsl Survivor” adlandırdığı Stavros Floros mövsümün qalibi seçilib və 250 min avro məbləğində əsas mükafata layiq görülüb.

Final zamanı duyğusal anlar yaşanıb. İştirakçılar çıxışlarında həm Stavrosa, həm də qəza zamanı onun həyatını xilas etdiyi bildirilən Manosa dəstək mesajları veriblər. Manos “qəhrəman”, Stavros isə “həyatın əsl döyüşçüsü” kimi xarakterizə olunub.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.