Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 07.15.2026 | 13:46 | Baxılıb: 4965
Xocalıda yaşayış evinin həyətinə ayı girib.

“gece.ws” xəbər verir ki, hadisə ötən gecə rayonun Badara kəndində baş verib.

Belə ki, vəhşi ayı kənd sakini Piriyev Elgün Aslan oğluna məxsus fərdi yaşayış evinin həyətyanı sahəsinə daxil olub.

Maraqlısı budur ki, ayı həyətə girən kimi əl-üz yuyulan yerə yaxınlaşıb, it üçün qoyulmuş yemi yeyib, üstündən də su içərək geri qayıdıb.

Ev sahibinin lentə aldığı videodan ayının bir ayağının olmadığı da görünür. Kənd sakinləri heyvanın minaya düşərək xəsarət aldığını ehtimal edirlər.

Sözügedən görüntüləri təqdim edirik:

Ziya Əmirxanlı

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.