Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 05.23.2026 | 18:10 | Baxılıb: 1456
“Şamaxı” baş məşqçisi Ayxan Abbasovla yollarını ayırıb.

“gece.ws” xəbər verir ki, bu barədə bölgə təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, 44 yaşlı mütəxəssisin klubla olan müqaviləsinin müddəti başa çatıb.

Şamaxı təmsilçisi ayrılıqla bağlı təcrübəli baş məşqçiyə xüsusi təşəkkürünü ünvanlayıb:

“Klubumuz adından Ayxan Abbasova komandamızdakı fəaliyyəti dövründə göstərdiyi xidmətlərə görə təşəkkür edir, gələcək karyerasında uğurlar arzulayırıq”.

Xatırladaq ki, Ayxan Abbasov 2024-cü ilin iyun ayından “Şamaxı”nın sükanı arxasında idi.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.