Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 05.06.2026 | 03:26 | Baxılıb: 3134
“Azadlıq Layihəsi” müvəqqəti dayandırılacaq.

“gece.ws” xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp “Truth” sosial şəbəkəsində yazıb.

O bildirib ki, ABŞ Hörmüz boğazından gəmilərin hərəkətini təmin edən əməliyyatı – “Azadlıq Layihəsi”ni müvəqqəti dayandıracaq.

Tramp bu qərarı İran nümayəndələri ilə Tam və Yekun Saziş istiqamətində böyük irəliləyiş əldə edilməsi və Pakistan daxil olmaqla, digər ölkələrin tələbləri ilə izah edib.

“Qarşılıqlı razılığa gəldik ki, blokada tam qüvvədə qalacağı halda, Saziş yekunlaşdırılıb imzalanana qədər “Azadlıq Layihəsi” qısa müddətə dayandırılsın”, - o vurğulayıb.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.