Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 05.18.2026 | 10:48 | Baxılıb: 1020
Fransanın “Nant” klubunun azarkeşləri ötən gecə yaratdıqları qalmaqalla dünya gündəminə düşüb. 

“gece.ws” xəbər verir ki, onlar ölkə çempionatının son turunda “Tuluza”ya qarşı matçın 20-ci dəqiqəsində meydana girərək baş məşqçi Vahid Halilhodjiçə hücum etməyə cəhd göstəriblər.

Aşaği liqaya yuvarlanan komandanın fanatları qara tüstülü məşəllərdən istifadə edərək stadionu da yandırmağa çalışıblar. 

Polisin müdaxiləsindən sonra ara sakitləşib. Lakin matç yarımçıq dayandırılıb. 



Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.