Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 10.27.2025 | 11:09 | Baxılıb: 5322
Tanınmış alim Arif Acaloğlunu avtomobillə vuraraq ölümünə səbəb olmaqda ittiham olunan Kliniki Tibbi Mərkəzin (KTM) Toksikologiya şöbəsinin müdiri Azər Maqsudovun məhkəməsi başa çatıb.

“gece.ws"in məlumatına görə, Sabunçu Rayon Məhkəməsində keçirilən son iclasda hökm oxunub.

Hökmə əsasən, Azər Maqsudova 4 il azadlıqdan məhrumetmə cəzası təyin edilib. Həkim cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkəcək. 

Məlumat üçün bildirək ki, bu tip müəssisədə cəza çəkən məhkumlara müəyyən şərtlər daxilində müəssisə hüdudlarından kənarda qalmağa icazə verilir.

Xatırladaq ki, hadisə ötən ilin noyabrında Sabunçu rayonu ərazisində qeydə alınıb. Azər Maqsudov evə qayıdarkən törətdiyi yol qəzası nəticəsində Arif Acaloğlu dünyasını dəyişib. KTM-in şöbə müdiri həbsdə deyil, barəsində istintaq dövrü üçün başqa qətimkan tədbiri seçilib.

Sail Ağasəlim

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.