Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 05.01.2026 | 12:07 | Baxılıb: 4248
Milli Məclis Avropa Parlamenti ilə bütün istiqamətlər üzrə əlaqələrin dayandırılması ilə bağlı qərar qəbul edib. 

“gece.ws” xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında Avropa Parlamentinin Azərbaycana qarşı fəaliyyəti ilə bağlı yaradılan Komissiyanın hazırladığı qərar mətnində öz əksini tapıb. 

Qərara əsasən:

- Milli Məclisin Avropa İttifaqı - Azərbaycan Parlamenti Əməkdaşlıq Komitəsində iştirakına son qoyulub, 

- Avronest Parlament Assambleyasının nizamnaməsinə uyğun olaraq, Milli Məclisin bu təşkilatda üzvlüyünə xitam verilməsi ilə bağlı prosedurlara başlanılıb və prosedur dövründə Milli Məclisin nümayəndə heyəti Avronest Parlament Assambelyasının tədbirlərinə qatılmamalıdır. 

Sənəd səsverməyə qoyularaq qəbul edilib. 

Nuranə Daxilqızı

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.