Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Azərbaycan çempionatında 2025-ci ilin rekordu
 
						Azərbaycan çempionatında 2025-ci ilin rekordu
Əlavə olunub: 03.31.2025 | 13:23 | Baxılıb: 1532
Azərbaycan Premyer Liqasının 28-ci turunda 18 qol vurulub.

“gece.ws” PFL-in saytına istinadən xəbər verir ki, “Sumqayıt” – “Sabah” (3:3) oyununda 6, “Turan Tovuz” – “Qarabağ” (1:4) matçında 5, “Zirə” – “Şamaxı” (3:0) görüşündə üç qol qeydə alınıb.

“Neftçi” – “Araz-Naxçıvan” və “Kəpəz” – “Səbail” (hər ikisi 1:1) qarşılaşmalarının hərəsində 2 top vurulub.

Turun orta məhsuldarlığı 3,60-a bərabərdir. Bu, cari mövsümün ikinci göstəricisinin təkrarıdır. 10-cu turda da 18 qol qeydə alınıb. Mövsümün rekordu isə 19 topun vurulduğu VIII tura məxsusdur. 28-ci tur mövsümün 3 ən məhsuldarlarından biri olmaqla yanaşı, 2025-ci ilin ən qollu turu olub.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.