Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Azərbaycan çempionatında rekord - 10:0 hesablı qələbə qazandılar - Video
 
						Azərbaycan çempionatında rekord 
							 - 10:0 hesablı qələbə qazandılar - Video
Əlavə olunub: 03.20.2025 | 17:59 | Baxılıb: 3041
Azərbaycan çempionatında mövsümün yeni rekordu qeydə alınıb.

“gece.ws” xəbər verir ki, “Şəfa” II Liqanın XVII turunun səfər oyununda “Araz Saatlı”nı 10:0 hesabı ilə məğlub edib.

Bununla da Bakı komandası ən böyükhesablı qələbə qazanan və bir matçda ən çox qol vuran komanda olub.

Bunadək mövsümün rekordu “Göygöl”ə məxsus idi. Onlar II Liqada ötən il keçirilən ev matçında “Füzuli”ni 9:0 hesabı ilə məğlub edib.

Ölkə çempionatları və kuboku tarixində bir komandanın 10 və daha çox qol vurmasına son 8 mövsümdə ilk dəfə təsadüf olunub.

Sonuncu belə oyun 2016/17 mövsümündə qeydə alınıb. Belə ki, 2016-cı il noyabrın 24-də “Səbail” “Bakılı”nı 11:3 hesabı ilə məğlub edib.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.