Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 02.24.2026 | 12:26 | Baxılıb: 5192
Rusiya Federasiyasının İvanovo vilayətinin Azərbaycan diasporunun rəhbəri Asif Məmmədov Rusiya vətəndaşlığından məhrum edilib.

“gece.ws” xəbər verir ki, bu barədə Rusiya teleqram kanalları məlumat yayıb.

Onun milli təhlükəsizliyə təhdid yaradan fəaliyyətinə görə vətəndaşlıqdan məhrum edildiyi iddia olunur. 

Xəbəri rus dilində oxuyun: Асиф Мамедов лишен российского гражданства

Qeyd edək ki, A.Məmmədov 2025-ci ilin sentyabrında İvanovo şəhər Dumasına seçilmək üçün “Vahid Rusiya” partiyasından namizədliyini irəli sürmüşdü. Lakin bu məlumat yayıldıqdan sonra sosial şəbəkələrdə yaranan qalmaqal səbəbilə İvanovo Seçki Komissiyası onun qeydiyyatını ləğv etmişdi.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.