Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
“Azərbaycan dilini öyrənmək istəyirəm” - Rusiya klubunun üzvü
 
						“Azərbaycan dilini öyrənmək istəyirəm” 
							 - Rusiya klubunun üzvü
Əlavə olunub: 04.15.2025 | 12:57 | Baxılıb: 2238
Rusiyanın “Ximki” klubunun hücumçusu İlya Sadıqov əslən Azərbaycandan olmasından danışıb.

“gece.ws” xəbər verir ki, klubun rəsmi saytına danışan Sadıqov bunları bildirib:

“Tarixi vətənim Azərbaycanla bağlılıq hiss edirəmmi? Əlbəttə ki, bəli. Orada çox olmamışam, bəlkə də 2-3 dəfə. Amma öz kökündən uzaqlaşa bilmirsən. Mən yarı rus, yarı azərbaycanlıyam. Dili bir az bilirəm, türkcəni də başa düşürəm, amma yaxşı danışmıram. Gec-tez Azərbaycan dilində öyrənmək istəyirəm”.

İlya Sadıqovun 2021-ci il iyulun 1-dən “Ximki”də çıxış edir. Onun müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.