Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 06.16.2026 | 17:36 | Baxılıb: 1096
Moskvada səfərdə olan Türkiyənin xarici işlər naziri Hakan Fidan rusiyalı həmkarı Sergey Lavrovla görüşüb.

“gece.ws” TASS-a istinadən xəbər verir ki, görüş zamanı digər məsələlərlə yanaşı, Cənubi Qafqazdakı vəziyyət, Bakı ilə İrəvan arasında sülh prosesi də müzakirə edilib.

“Biz Cənubi Qafqazdakı vəziyyəti, Azərbaycan və Ermənistan arasında davam edən sülh prosesini ətraflı müzakirə etdik. Bu, regionda sülhün təmin edilməsi baxımından çox vacibdir”, - Fidan görüşdən sonra keçirilən mətbuat konfransında bildirib.



Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.