
“gece.ws” xəbər verir ki, mətbuat konfransında çıxış edən Kallas Azərbaycanın Avropa üçün strateji əhəmiyyətini xüsusi vurğulayıb.
O bildirib ki, tərəflər arasında energetika və ticarət sahəsində əlaqələrin gücləndirilməsi prioritet məsələdir:
“Azərbaycan Avropa İttifaqı ölkələri üçün çox etibarlı enerji tərəfdaşı olub və belə də qalır”.
Bakının Qarabağda minatəmizləmə prosesinə beynəlxalq dəstəyin artırılması çağırışına toxunan Kallas Aİ-nin bu istiqamətdə əlavə səylər göstərə biləcəyini istisna etməyib:
“Təşkilat artıq bu missiyalarda iştirak edir və daxil olan müraciət əsasında daha hansı addımların atıla biləcəyi araşdırılacaq”.
Kaya Kallas həmçinin Aİ-nin Cənubi Qafqaza strateji baxışını şərh edərək, regionun təhlükəsizliyində maraqlı olduqlarını qeyd edib. O, yaxın vaxtlarda Azərbaycanla yeni ikitərəfli saziş üzrə danışıqların bərpa olunacağını bildirib.
Eyni zamanda, diplomat Aİ-nin sülh prosesinə dəstəyini davam etdirdiyini və Ermənistanda kiberhücumlar və dezinformasiya ilə mübarizəyə yönəlmiş yeni mülki missiyanın yaradılmasının razılaşdırıldığını diqqətə çatdırıb. Kallas vurğulayıb ki, Ermənistan-Azərbaycan sülh prosesindəki irəliləyiş bütün region üçün yeni imkanlar açacaq.