Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou
Azərbaycan idmançısı 36 aylıq diskvalifikasiya olundu
 
						Azərbaycan idmançısı 36 aylıq diskvalifikasiya olundu
Əlavə olunub: 04.01.2025 | 16:43 | Baxılıb: 1583
Azərbaycan pauerliftinqçisi Rəşad Əliyev antidopinq qaydalarını pozduğuna görə 36 aylıq diskvalifikasiya olunub.

“gece.ws” AMADA-ya istinadən xəbər verir ki, buna səbəb kimi idmançı tərəfindən qadağan edilmiş maddə və ya üsuldan istifadə, yaxud istifadə cəhdi əsas gətirilib.

Nümunəsində S1 anabolik androgenik steroidlər aşkarlanan idmançının cəzasının qüvvəyə minmə tarixi bu il fevralın 19-u göstərilib.

Sanksiyanın müddəti 2028-ci il fevralın 19-da bitəcək.

 

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.