Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 03.31.2026 | 14:45 | Baxılıb: 2980
Azərbaycanın minifutbol millisinin Avropa çempionatının final mərhələsindəki oyunlarının vaxtı açıqlanıb.

“gece.ws” xəbər verir ki, bu haqda Avropa Minifutbol Federasiyası məlumat yayıb.

Slovakiyada təşkil olunacaq yarışda Azərbaycan millisi F qrupunda mübarizə aparacaq. Yığmamız ilk matçını Avstriyaya qarşı keçirəcək. Görüş mayın 28-də, Bakı vaxtı ilə saat 16:30-da start götürəcək.

Azərbaycan millisinin İtaliya ilə oyunu 29 may, Bakı vaxtı ilə saat 18:45-də, Fransa ilə qarşılaşması isə 30 may, Bakı vaxtı ilə saat 16:15-də başlayacaq.

Qeyd edək ki, Avropa çempionatının final mərhələsi mayın 27-dən iyunun 4-dək keçiriləcək.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.