Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 09.10.2025 | 11:23 | Baxılıb: 573
2025-ci ilin hazırlıq planına uyğun olaraq, Azərbaycan Ordusunda praktiki məşğələlər keçirilib.

“gece.ws” xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, daimi dislokasiya məntəqələrini tərk edərək cəmləşmə rayonlarına çıxarılan bölmələr qarşıya qoyulmuş tapşırıqları normativlərə uyğun yerinə yetiriblər.

Keçirilən məşğələlərdə əsas diqqət qoşunların döyüşə hazırolma vəziyyətinin yüksək səviyyədə saxlanılması, bölmələrin dayanıqlı, fasiləsiz və operativ idarəedilməsinin təmin edilməsinə yönəldilib.

Hərbi qulluqçular praktiki məşğələlərin icrası zamanı yüksək peşəkarlıq nümayiş etdiriblər.





Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.