Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 03.06.2026 | 13:52 | Baxılıb: 6106
Azərbaycanın Tehrandakı səfirliyinin, eyni zamanda, Təbrizdəki Baş konsulluğun təxliyəsi ilə bağlı tapşırıqlar verilib.

“gece.ws” xəbər verir ki, bu barədə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Moldova Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Mixay Popşoi ilə birgə mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, bu tapşırıqlar hazırda icra mərhələsindədir: “Bundan sonra proseslər diqqətlə izləniləcək, İran tərəfindən verilmiş vədə uyğun olaraq biz araşdırmanın nəticəsini gözləyəcəyik və onun nəticəsindən asılı olaraq tərəfimizdən növbəti qərarlar veriləcək”.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.