Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 04.25.2026 | 20:34 | Baxılıb: 1706
Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Ukrayna Prezidentinin Azərbaycana səfəri çərçivəsində Qəbələdə Ukraynanın xarici işlər naziri Andrey Sibiqa ilə görüş keçirib.

“gece.ws” XİN-ə istinadən xəbər verir ki, nazirlər ikitərəfli münasibətlərin gücləndirilməsi perspektivlərini müzakirə edərək, siyasi, iqtisadi, enerji və humanitar sahələrdə əməkdaşlığın dərinləşdirilməsinin vacibliyini vurğulayıblar.

Həmçinin, ticarət, əlaqələrin, eləcə də beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın gücləndirilməsi imkanlarını araşdırıblar.

Tərəflər regional və qlobal inkişaflar barədə fikir mübadiləsi aparıb, suverenlik və ərazi bütövlüyünə qarşılıqlı dəstəyi bir daha təsdiqləyib, Azərbaycanla Ukrayna arasında yüksək səviyyəli dialoq və tərəfdaşlığın davam etdirilməsinin vacibliyini vurğulayıblar.

Nazirlər həmçinin ikitərəfli münasibətlərin əsasını təşkil edən hüquqi çərçivəni daha da gücləndirəcək Azərbaycanla Ukrayna arasında Mülki və Ticarət İşləri üzrə Hüquqi Yardım haqqında Saziş imzalayıblar.

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.