Gece.ws
Xəbər Siyasət Kriminal Dünya Qafqaz İdman Şou

Əlavə olunub: 05.04.2025 | 23:42 | Baxılıb: 6817
Rusiyada baş verən yol qəzasında Azərbaycan vətəndaşı ölüb.

“gece.ws"in məlumatına görə, yol-nəqliyyat hadisəsi Voronij şəhərində baş verib.

Hərəkətdə olan BMW markalı avtomobil Azərbaycan vətəndaşı Quliyev Hüseyn Rəşid oğlunun idarə etdiyi “VAZ 21010” markalı avtomobillə toqquşub.

Nəticədə H.Quliyev hadisə yerində həyatını itirib. Yaxınlarının bildirdiyinə görə, H.Quliyevin cənazəsi sabah axşam doğulduğu Ağcabədi rayon Avşar kəndinə gətiriləcək.

Ziya Əmirxanlı

Geriyə
Ən Son Xəbərlər hər dəqiqə yenilənən xəbər portalı, saytda hər bir məlumatı tapıb oxuya bilərsiniz.