
“gece.ws” xəbər verir ki, bu barədə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili məlumat yayıb.
Bildirilib ki, Monteneqronun İnsan Hüquqları və Azadlıqları Müdafiəçisi Sinişa Bjekoviç məsələnin nəzarətə götürülərək bununla əlaqədar həmin ölkənin polis idarəsi ilə birbaşa əlaqə yaratdığını və saxlanılmış Azərbaycan vətəndaşına qarşı xüsusi həssaslıqla davranıldığını bildirib.
S.Bjekoviç etnik, milli və ya dini zəmində hər hansı bir ayrı-seçkiliyin, nifrət nitqi və ya düşmənçilik münasibətlərinin qarşısının alınması ilə bağlı məsələlər də daxil olmaqla, hər bir Azərbaycan vətəndaşının hüquqlarının müdafiə olunacağını qeyd edib, saxlanılmış şəxslərlə bağlı aparılan istintaq və məhkəmə proseslərinin gedişatının onun mandatı çərçivəsində nəzarətdə saxlanılacağını diqqətə çatdırıb.
Qeyd edilib ki, hadisə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkilinin diqqətində saxlanılır.
Xatırladaq ki, oktyabrın 25-də Monteneqronun paytaxtı Podqoritsada yerli sakinin bıçaqlanmasına görə saxlanılanlar arasında 31 yaşlı Azərbaycan vətəndaşı Yaqub Qurbanov da var.